Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 36-cı NATO Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarına xüsusi hədiyyələr təqdim edib.
“Vetenqehremanları.az Modern.az saytına istinadən xəbər verir ki,”Turkiye Today” nəşrinin məlumatına görə, liderlərə adları həkk olunmuş revolverlər və döyüş patronları olan qutular bağışlanıb.”Turkiye Today” nəşrinə istinadən xəbər verilir ki, liderlərə adları həkk olunmuş revolverlər və döyüş patronları yerləşdirilmiş xüsusi hədiyyə qutuları bağışlanıb.
Böyük Britaniyanın Baş naziri Keir Starmer jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsində qüvvədə olan qanunvericiliyə əsasən qısalüləli odlu silahların idxalı və şəxsi mülkiyyətdə saxlanılması qadağan olunduğundan, həmin hədiyyəni Böyük Britaniyaya aparması mümkün deyil.
Keir Starmerin sözlərinə görə, revolver Ankarada qalacaq və istifadədən çıxarılacaq. Məlumata əsasən, Prezident Rəcəb Tayyib Ərdoğan hər bir liderə təqdim olunan hədiyyənin Türkiyənin ixrac məhdudiyyətlərindən azad edildiyini təsdiq edən fərdi məktub da təqdim edib. Bununla belə, qeyd olunur ki, həmin sənəd digər dövlətlərin milli qanunvericiliyinə təsir göstərmir.
Digər NATO üzvü ölkələrin nümayəndələrinin də oxşar hüquqi məhdudiyyətlərlə üzləşib-üzləşmədiyi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, NATO-nun 36-cı Zirvə toplantısı iyulun 7–8-də Ankarada keçirilib. Bu, 2004-cü ildən sonra Türkiyənin ev sahibliyi etdiyi ilk NATO liderlər sammitidir. Toplantıda alyans ölkələrinin müdafiə xərclərinin artırılması, Ukraynaya dəstəyin davam etdirilməsi və ABŞ istehsalı olan F-35 qırıcılarının Türkiyəyə tədarükünün bərpası perspektivləri müzakirə olunub.
Xaliq Pəhlivanoğlu