İnformasiya Portalı

AZƏRBAYCAN ORDUSUNUN İGİD GİZİRİ ŞAKİR CƏMİLLİNİN ƏZİZ XATİRƏSİNƏ

0

Şakir Cəmilli 1992-ci il dekabrın 4-də Füzuli şəhərində anadan olubb.
Azərbaycan Ordusunun giziri olan Şakir Cəmilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şakir Cəmilli oktyabrın 23-də Xocavənd döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şakir Cəmilli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şakir Cəmilli ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şakir Cəmilli ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham ƏliyevinSərəncamına əsasən Şakir Cəmilli ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.25.iyun 2026-ci il tarixdə 3-cü dərəcəli”Vətənə xidmətə görə”medalı ilə təltif edildi.


Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.