Siyası Online Qəzet

Qəhrəman həkim

Qəhrəman həkim Milli Qəhrəmanlar Təşkilatı tərəfindən diplomla təltif edildi.

Bu gün Milli Qəhrəmanlar Təşkilatı tərəfindən daima Qəhrəman ailələrinin, Şəhid ailələrinin və qazilərimizin yanında olan, onları təmənnasız olaraq müayinə və müalicə edən doktor Qastroenteroloq-hepatoloq Emin Verdiyev  27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində arxa cəbhə olaraq göstərdiyi xidmətlərə görə “Fəxri Diplom” ilə təltif edildi.

Doktor Emin Verdiyev bu diplomun onu daha da şərəfləndirdiyini, həm millətimizin hər bir fərdinə, həmçinin, xalqımızın  həssas nümayəndələri olan Qəhrəman ailələrinə, Şəhid ailələrinə, qazi və veteranlarımıza xidmət etməyi özünə borc bildiyini və onların səhhətinin keşiyində durmağı özünə qürur bildiyini qeyd etdi.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəman həkimimizə işlərində uğurlar arzulayırıq.

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ