Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın mövlud günü

Bu gün Şəhid Milli Qəhrəman Firuddin İsa oğlu Şamoyevin mövlud günüdür.

 

Firuddin İsa oğlu Şamoyev 1962-ci il fevralın 7-də Qazax şəhərində doğulmuşdur. Orta təhsilini Qazax şəhərində almışdır.

Hərbi xidmətini başa vurduqdan sonra doğulduğu Qazax şəhərinə gələrək Təmir- Tikinti İdarəsində çilingər kimi işə başlayır.

Ermənilərin  əsassız ərazi iddiaları, onların törətdiyi qanlı cinayətlər, Vətənin bütün qeyrətli oğulları kimi Firuddini də hədsiz dərəcədə hiddətləndirirdi. Beləliklə, o, könüllülərdən ibarət dəstəyə yazıldı və hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə təyin olundu. Cəsur komandir Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində dəfələrlə iştirak etmiş, düşmənin atəş nöqtələrinin məhv edilməsində rəşadət göstərmişdi.

1992-ci il aprel ayının 13-ü Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüşlər onun üçün son döyüş oldu, qəhrəmanımız qəhrəmancasına şəhid oldu. Qazax şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Ailəli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respubikası Prezidenti tərəfindən   Firuddin İsa oğlu Şamoyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Qazax şəhərindəki orta məktəblərdən biri qəhrəmanın adını daşıyır.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ