Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın Mövlud Günü

Bu gün Şəhid Milli Qəhrəman Nazim Qabil oğlu Quliyevin mövlud günüdür.

 

Nazim Qabil oğlu Quliyev 1965-ci il fevralın 7-də Beyləqan rayonunun Örənqala qəsəbəsində doğulub.

Qarabağ hadisələri ilə əlaqədar Füzuli rayon DİŞ-də təşkil olunan rotada xidmət edib. Qaradağlı, Xələfşə və Cuvarlı döyüşlərində igidlik nümunəsi göstərib.

 

Nazim Qabil oğlu Quliyev 1992-ci il yanvarın 9-da idarə etdiyi BTR-lə 7 əsgərimizi ölümdən xilas edərkən qəhrəmanımız qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Füzuli rayon Şəhidlər Xiyabanında dəfn olunub.

 

Azərbaycan Respublikası Prezidenti tərəfindən  ölümündən sonra Nazim Qabil oğlu Quliyevə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Füzuli şəhərindəki Fioletov küçəsi, Yağlıvənd kənd orta məktəbi, eləcə də, Beyləqan rayonunun Örənqala qəsəbə orta məktəbi onun adım daşıyır.

Subay idi…

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

 

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ