Siyası Online Qəzet

Şəhid qardaşından Prezidentə dəstək çağırışı

Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü.

Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük qələbənin sevincini yaşadıq.

Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateji nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

Gəlin 2024-cü il fevralın  7-də Prezident seçkilərində bu qələbəni bizə yaşadan Ali Baş Komandan, Cənab İlham Heydər oğlu Əliyevə səs verək.

Nicad Muradov

VƏTƏNQƏHRƏMANLARI.AZ