Siyası Online Qəzet

Su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqinə həsr edilmiş layihə yekunlaşıb

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su
hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsi uğurla yekunlaşıb. Qeyd
edək ki, layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və
qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına
nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin
saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin
artırılmasına yardımçı olmaqdır.
Layihə çərçivəsində “ekosular.az” saytının ingilisdilli və rusdilli versiyası istifadəyə
verilib. Bundan başqa, saytda su hövzələri ilə bağlı üç dildə maarifləndirici və
məlumatlandırıcı yazılar yerləşdirilib, Bakıda, Neftçalada, Lənkəranda Xəzər sahillərinin,
çay və göllərin, Şəmkirdə, İmişli-Sabirabad-Saatlıda, Ağcabədidə, Beyləqanda,
Abşeronda çay, göl və su anbarlarının tullantılar və brakonyerliklə bağlı monitorinqi
aparılıb, monitorinqin nəticələrinə həsr olunmuş hesabat nəşr edilib və müvafiq
qurumlara paylanıb.