Siyası Online Qəzet

Zakir Həsənov beynəlxalq sərgidə İtaliya və Misirin döyüş texnikalarını izləyib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Misir Ərəb Respublikasına səfəri davam edir.

 

APA MN-ə istinadən xəbər verir ki, “EDEX 2023” beynəlxalq müdafiə sərgisində iştirak edən general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının “Leonardo” şirkətinin, eləcə də Misirin “ARMADA” və “AOI” şirkətlərinin stendlərində təqdim edilən müasir silah və döyüş texnikası nümunələrini maraqla izləyib.

Sərgidə müxtəlif ölkələrin şirkətləri istehsal etdikləri hərbi təyinatlı məhsullar barədə ziyarətçilərə ətraflı məlumatlar veriblər.