Siyası Online Qəzet

Qəhrəman ailələri ilə görüş

06 yanvar 2024- cü il tarixdə Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyi öz ofisində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəlik günü və Yeni il münasibəti ilə qəhrəman ailələri ilə görüş tədbiri keçirdi.

Tədbirdə Şəhid Milli Qəhrəman ailələri, Şəhid Vətən Müharibəsi Qəhrəmanı ailələri, Şəhid ailələri , qazilər və Birliyin Nərimanov rayon nümayəndəliyinin üzvləri iştirak edirdi.

Tədbir zamanı Azərbaycan Respublikasının torpaqlarının işğaldan azad olunması və bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçən Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin sonunda Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi adından qəhrəman ailələrinə bayram sovqatı təqdim olundu.

NİCAD MURADOV

VƏTƏNQƏHRƏMANLARI.AZ