Siyası Online Qəzet

Şəhid Milli Qəhrəman Samir Xasıyevin Anım Mərasimi Keçirilib

17 mart 2022-ci il tarixində Baytarlıq Elmi-Tədqiqat İnstitutunda Sialə Rüstəmovanın rəhbərliyi ilə şəhid Milli Qəhrəman Samir Xasıyevin anım mərasimi keçirildi. Tədbirdə şəhidin anası Gözəl Xasıyeva, şəhidin həyat və döyüş yolundan bəhs edən “Azadlığın cənnət yolçusu” kitabının yazarı, institutunun əməkdaşı Maya Vəli qızı, Kənd Təsərrüfatı Nazirliyi Həmkarlar Komitəsinin sədri Fuad Məmmədov, müavinlər Anar Tağıyev və Ramiz Təhməzov, Milli Qəhrəmanları Tanıtımı İctimai Birliyinin Nərimanov nümayəndəliyinin sədri Ədhəm Məmmədov, Birliyin sədr müavini, Mili Qəhrəman qardaşı Əbdül Səfabəyli, qazi Samir Hüseynov, Vetenqehremanlari.az sayıtının baş redaktorunun müavini Aygün Məmmədova, İctimayyətlə əlaqələr şöbəsinin rəhbəri Nərmin Səfərova iştirak etdilər. Tədbiri İnstitutun direktoru Sialə Rüstəmova açıq elan etdi. Ədhəm Məmmədov Sialə Rüstəmovaya, Maya Vəli qızına şəhidin xatirəsini əbədiləşdirdikləri üçün fəxri diplom təqdim etdi. Şəhidin anası Gözəl Xasıyevaya “Qəhrəman Ana” diplomu təqdim edildi. Şəhidlər bizim milli sərvətimiz və qürur mənbəyimizdir. Onların xatirəsini əziz tutub əbədiləşdirmək bizim hər birimizin müqəddəs borcudur.