Siyası Online Qəzet

Müharibə, Əmək Və Silahlı Qüvvələr Veteranları Təşkilatı Akademik Arif Paşayevi Təbrik Edib

Bu gün akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin ad günüdür.

Vetenqehremanlari.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu münasibətlə Arif Paşayevi təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Arif müəllim.

Sizi ad gününüz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, hər zaman olduğu kimi bundan sonra da, dəyərli elmi əsərləriniz və ixtiralarınızla ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verəcək, doğma Azərbaycanımızı beynəlxalq elmi konfranslarda, mötəbər elmi təşkilatlarda uğurla təmsil edəcəksiniz.

İftixar hissi ilə qeyd edirik ki, Siz hər zaman zəngin elmi fəaliyyətinizi davam etdirməklə yanaşı, təcrübəli pedaqoq və elmi rəhbər kimi ölkəmizdə yüksək intellektə malik gənc kadrların hazırlanması prosesinə də böyük dəstək vermisiniz, dövlətimizin savadlı, dünyagörüşlü və vətənpərvər milli kadrlarla təmin edilməsində mühüm rol oynamısınız. Sevindiricidir ki, Sizin bu müqəddəs missiyanız bu gün də uğurla davam edir.

Sizi bir daha ad gününüz münasibəti ilə təbrik edir, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından ən xoş arzularımızı bildiririk”.

Hörmətlə,

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından  Fatma Səttarova və  Cəlil Xəlilov