Siyası Online Qəzet

Şəhid Milli Qəhrəman İlqar İsmayılovun Xatirəsi Yad Edildi

Martın 29-da Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyi tərəfindən Şəhid Milli Qəhrəman İlqar İsmayılovun xatirəsi doğum günündə yad edildi. Tədbir zamanı Nərimanov rayon nümayəndəliyinin rəhbəri Ədhəm Məmmədov və heyəti qəhrəmanımızın öncə məzarını, daha sonra adını daşıdığı Nərimanov rayon 45 nömrəli məktəbin həyətində yerləşən büstünü ziyarət etdi və yekun olaraq Milli Qəhrəmanımızın anası Fatma Qocayevaya baş çəkdi. Anası oğlu İlqar ilə bağlı xatirələrini bizimlə bölüşdü və sonda xatirə şəkilləri çəkildi.