Tovuzda, Xatınlı avtomobil yolununun kənarında yerləşən su kanalından 2 kişi meyiti aşkarlanıb.
“Veten qehremanları.az”Yeni Sabah-a istinadla xəbər verir ki, meyitlərdən biri “VAZ 2107” markalı avtomobildə sıxılmış vəziyyətdə, digəri isə nəqliyyat vasitəsindən təxminən 100 metr kənarda olub.
Sürücünün meyiti xüsusi avadanlıqların köməyi ilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Avtomobildə olan şəxs Xatınlı kənd sakini Səid Həziyev, digəri isə Arzu Musayev olub.
Xaliq Pəhlivanoğlu