İnformasiya Portalı

MİLLİ QƏHRƏMAN OĞLUNDAN DAXİLİ İŞLƏR NAZİRİNƏ TƏŞƏKKÜR.

0

 

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova öz dərin təşəkkürümü bildirirəm.
Şəhid ailələrinə göstərilən diqqət və qayğının yüksək səviyyədə olması hər zaman təqdirəlayiq Cənab nazir dövlətə və xalqa sədaqətlə, yüksək məsuliyyət və peşəkarlıqla xidmət edir.
Birinci Qarabağ müharibəsinin ilk döyüş günlərində qəhrəmancasına vuruşan, şəhid olan, qazi olan və milli qəhrəman adına layiq görülən insanların əksəriyyəti polis əməkdaşları idi. Bu gün də vicdanla və şərəflə xidmət edən bütün polis əməkdaşlarımıza Allahdan can sağlığı və uğurlar arzulayıram.
Mənim ailə üzvlərimdən də bir çoxları polis sıralarında vicdanla xidmət göstəriblər. Atam, polis baş-leytenantı, Azərbaycanın Milli Qəhrəmanı Pəhlivan Əhliman oğlu Fərzəliyev birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuşdur. Onun və bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq.
Ulu Öndər Heydər Əliyevin xalqın xahişi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə nizami ordu quruculuğu sürətlə inkişaf etmiş, peşəkar hərbi kadrlar hazırlanmış, onlar həm ölkə daxilində, həm də xaricdə təhsil alaraq Vətənimizin müdafiəsinə layiqincə xidmət etmişlər.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmiş, ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Bu tarixi qələbə hər bir azərbaycanlının qürur mənbəyidir.
Bu gün polis əməkdaşları ictimai asayişin və təhlükəsizliyin qorunması istiqamətində mühüm fəaliyyət göstərirlər. Buna görə də cənab Vilayət Eyvazova minnətdarlığımızı bildiririk.
Azərbaycanlı olmağımız ilə qürur duyur, dövlətimiz və xalqımızla fəxr edirik.
                                                                     

                                                                             Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.