İnformasiya Portalı

HÜQUQLARIMIZI NƏ QƏDƏR TANIYIRIQ?

0

AZƏRTAC-a istinad edərək bildiririk ki, Respublika Gənclər Kitabxanasında 18 İyun – Milli İnsan Hüquqları Günü ilə əlaqədar “İnsan hüquq və azadlıqları: Ulu Öndərin yaratdığı reallıq” adlı biblioqrafik icmal və “İnsan hüquqlarının təkamülü və müdafiəsi” adlı təqdimat hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallar gənclərin insan hüquqları sahəsində məlumatlılığının artırılması, hüquqi düşüncə tərzinin formalaşdırılması məqsədilə ərsəyə gətirilib.
Süni intellekt texnologiyası vasitəsilə ərsəyə gətirilən təqdimatda insan hüquq və azadlıqlarının tarixi inkişaf yolu, beynəlxalq hüquq sistemində tutduğu yer və Azərbaycanda bu sahədə həyata keçirilən dövlət siyasəti haqqında geniş məlumat təqdim olunur.
Materialda Azərbaycan Respublikasında insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm islahatlar, qəbul olunan dövlət proqramları və hüquqi mexanizmlər, Ombudsman təsisatının yaradılması, Azərbaycanın bir sıra hüquqi aktlara qoşulması haqqında məlumat verilir. Təqdimatda insan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramının əhəmiyyətindən də ətraflı bəhs olunur.

Təqdimat kitabxananın rəsmi saytında yerləşdirilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan “İnsan hüquq və azadlıqları: Ulu Öndərin yaratdığı reallıq” adlı biblioqrafik icmalda insan hüquq və azadlıqlarına dair qəbul olunmuş rəsmi sənədlərin və Əməkdar jurnalist Mətanət Məmmədovanın “İnsan hüquq və azadlıqları: Ulu Öndərin yaratdığı reallıq” adlı məqaləsinin tam mətni istifadəçilərə təqdim olunur. Kitabxananın rəsmi saytında yerləşdirilən vəsaitdə “Azərbaycan Respublikasında hüquq islahatları”, “Qayıdış Konsepsiyası”, “Demokratiya dərsləri”, “Vüqar Zakir oğlu. İnsan və vətəndaş hüquq və azadlıqları”, “Azərbaycanda Ombudsman təsisatı” kimi 20-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuatda çıxan məqalələrin siyahısı yer alır.
“İnsan hüquq və azadlıqları: Ulu Öndərin yaratdığı reallıq” adlı biblioqrafik icma kitabxananın rəsmi saytında yerləşdirilib.

                                                                         Xaliq Pəhlivanoğlu.

Bir cavab yazın

Your email address will not be published.