İnformasiya Portalı

Bakıda 40 min manatlıq iş imkanı: ABŞ səfirliyi əməkdaş axtarır

0

“Vetenqehremanları.az”Yeni Sabaha istinadən xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında elan yerləşdirilib.
MXM nümayəndəsi səfirliyin əməkdaşlarına və onların ailə üzvlərinə xidmətlə bağlı müraciətlərdə dəstək göstərəcək. Müraciətləri müvafiq şöbələrə yönləndirəcək, səfirlik icmasına keyfiyyətli və operativ xidmət göstərilməsinə kömək edəcək.
Vakansiya üzrə qoyulan tələblərə gəlincə isə, namizəd ən azı iki il universitet təhsili almış olmalı, 6 aydan az olmamaq şərtilə inzibati və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi olmalıdır.
Namizəddən ingilis, Azərbaycan və rus dillərində yaxşı iş səviyyəsində bilik tələb olunur.
Vakansiya üzrə təklif olunan əməkhaqqı məbləği illik 23,575 dollar (təxminən 40 min manat) nəzərdə tutulub.

Xaliq Pəhlivanboğlu

Bir cavab yazın

Your email address will not be published.