İqbal Ağazadə çıxışlarının birində restoran, kafe və s. qəlyan çəkilməsinə etirazına deputat Aydın Mirzəzadə dəstəkçi olub.
“Vetenqehremanları.az”Yeni Sabaha istinadla xəbər verir ki, Milli Məclis üzvünün sözlərinə görə, iaşə müəssisələrində qəlyandan istifadə hər kəsin öz seçimidir, amma ictimai nəzarətin müəyyən qırmızı sərhədi var.
Deputat vurğulayıb ki, insanlara pulsuz qəlyanın təklif edilməsi tütün məhsullarının təbliği kimi qiymətləndirilə bilər:
“Əlbəttə, bu yolverilməzdir. Digər tərəfdən, uşaqların yanında qəlyanın çəkilməsinin özü də qınaq obyekti olmalıdır. Təəssüf ki, bilmirəm, bizim qanunvericilikdə bununla bağlı müddəa var, ya yoxdur, amma uşaqların yanında qəlyan çəkilməsi mütləq qadağan edilməlidir. Qadınlara bunun təklif edilməsi isə ümumiyyətlə yolverilməzdir. Bu nəinki qanunlarımıza, mentalitetimizə, azərbaycançılığımıza zidd olan bir məsələdir”.
Xaliq Pəhlivanoğlu