Siyası Online Qəzet

Yerin asteroidlərə qarşı müdafiəsində böyük boşluq tapıldı

Yaxın kosmosda hələ kəşf edilməmiş və Yer üçün potensial təhlükəli olan ən azı 14 min asteroid var ki, onların hər biri bütöv bir şəhəri məhv edə və milyonlarla insanı öldürə bilər.

Qaynarinfo xəbər verir ki, NASA mütəxəssisləri bu qənaətə gəliblər.

Məlumata görə, elm adamları artıq Yerə yaxın kosmosda müəyyən şəraitdə planetimizlə toqquşa biləcək 32 minə yaxın asteroiddən xəbərdardır. Bunlardan 10,5 mindən çoxunun diametri 140 metrdən çoxdur. Bu ölçüdə bir kosmik qayanın düşməsi böyük dağıntılara səbəb ola bilər. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə Çelyabinskdə partlayan meteoritin diametri cəmi 20 metr olub.
Ətraflı

Astronomların fikrincə, təhlükəli ölçüdə olan asteroidlər demək olar ki, 1.5 dəfə çox olmalıdır, lakin onlar hələ kəşf edilməyib. Bundan başqa, bütün bəşəriyyət üçün təhlükə yaradan diametri 1 kilometr olan 50-yə yaxın hələ də naməlum asteroid var.

Asteroidlərin tapılması ona görə çətinləşir ki, bu cisimlər öz işığını yaymır, bu səbəbdən də onları ancaq Günəş işıqlandırdıqda tapmaq olar. Bu problemi həll etmək üçün bütün dünyada xüsusi olaraq bu tip göy cismini müşahidə etmək üçün nəzərdə tutulmuş rəsədxanalar açılmalıdır.