Əhməd Abbasbəyli: Türk milləti tarix boyu özünün azadlığı uğrunda qətiyyətli mübarizə aparıb
Bu gün Türkiyə tarixi Zəfər bayramını 100-cü ildönümünü qeyd edir. Əslində Türkiyənin, türklərin çoxəsrlik tarixində dəfələrlə böyük zəfərlərə nail olunub, bu böyük millət sonsuz uğurlara imza atıb, dünyanın taleyini həll edəcək dərəcədə nüfuza, öz iradəsini, hegemonluğunu dünyaya qəbul etdirəcək qədər gücə, təsir imkana malik dövlətçilik, hərbi ənənələrə malikdir.
Bu sözləri KİV-ə açıqlamasında siyasi ekspert Əhməd Abbasbəyli deyib.
O bildirib ki, 30 avqust – Zəfər günü Türkiyə tarixində xüsusi yerə malikdir: “Əlbəttə bu möhtəşəm günlə bağlı tarixin səhifələrini vərəqləməyə, baş verənləri təkrarlamağa ehtiyac duymuram, bu barədə kifayət qədər yazılar, müsahibələr dərc olunur, digər tərəfdən Azərbaycanda demək olar ki, əksəriyyət bu mövzu ilə bağlı məlumatlıdır.
Amma, 30 avqust Zəfər bayramı, nədənsə həm də 8 noyabr Zəfərini, həmin günlər baş verən hadisələri xatırladır.
Hesab edirəm həm Azərbaycan, həm də Türkiyə üçün müqəddəs olan iki Zəfərin müxtəlifliyi, fərqli cəhətləri ilə yanaşı, kifayət qədər oxşar tərəfləti də var.
Bu mənada hər iki tarixi hadis ilə bağlı paralelllər də aparmaq da mümkündür.
Belə ki, həmin dövrdə, yəni 20 əsrin əvvəllərində Osmanlı İmperiyasınım zəifləməsi, birinci Dünya müharibəsindəki hərbi uğursuzluqlar, Türk millətini dünyanın böyük güclərinə, böyük dövlətlərin hərb maşınına qarşı meydanda yalnız qoymuşdu. 20 əsrin sonlarında və 21 sərinn əvvəllərində SSRİ adlı adlı imperiyanın süqutu ərəfəsində, imperaya rəhbərliyini qərəzli və ədalətszi yanaşması nəticəsində Azərbaycan da, yalnız Ermənistana deyil, onun timsalında dünay erməniliyinə, SSRİ rəhbərliyində olan və digər güclü havadarlarına qarşı tək vuruşurdu. Bu amansız və ədalətsiz mübarizənin ilk mərhələsi də bizim üçün uğurlu olmamışdı. Birinci Qarbağ müharibəsində biz müvvəqəti də olsa məğlubiyyət uğradıldıq, torpaqlarımızn böyük bir hissəsi işğal olundu. Bu məğlubiyyət, torpaqlarımızın işğalı bizi çox sarsıtmışdı, sanki qürurumuz sınmışdı. Müharibədən sonrakı dövrlər də bizim üçün çox çətin, ağrılı keçirdi. Məğlubiyyətlə, nəticələrlə barışmaq istəməyən dövlətimizə qarşı təzyiq və hədələrlə bu ağır nəticələlrə razılmağa məcbur edilir, saxta vasitəçilərin, riayakar, ikiüzlü “sülh göyərçinlərin” müxtəlif, oyunlara cəlb edilirdi. 100 il fərq olsa da aktorlar yenə demək olar ki, eyni idi.
20 əsrin 20-ci illərində Türkiyəyə yardım edən, özünün çox çətin vəziyyətdə olmasına baxmayaraq Azərbaycan oldu, Çanaqqala, Sakarya, Dumlupınar və s. döyüşlərində yüzlərlə həmvətənimiz şəhid oldu. 21 sərin 20-ci illərində də Azərbaycana dəstək olan qardaş Türkiyə oldu. Əlbəttə bunlar qardaşın qardaşa köməyi, vəfa borcu idi”.
QHT sədri deyib ki, 30 avqust Zəfəri Türkiyə tarixində yeni eranın başlanğıcı olduğu kimi, 8 noyabr Zəfəri də Azərbaycan tarxində yeni səhifənin açılışı oldu: “30 avqust qələbəsi ilə türk ordusu işğalçı orduların ölkə hüdudlarından çıxarılmasına nail olub. Bu Zəfər dağılmış qocaman Osmanlı imperiyasının qalıqları üzərində Türkiyə Cümhuriyyəti yaradılmasının ilk şərti idi.
8 noyabr Qələbəsi də Azərbaycanı, onun xaqlını məğlub, başıaşağı, gözüqığıq deyil, tamam başqa bir dövlət, fəqrli bir xaql kimi-qalib, məğrur, qürurlu dövlət, millət kimi dünyaya tanıtdı. Azərbaycanın yeni müstəvidə, siyasi və diplomatik səviyyədə daha güclü və daha nüfuzlu bir dövlət kimi çıxış etməsinə zəmin yaratdı.
30 avqust Zəfəri, Türkiyə Ordusunun yaranması, Türkiyənin xilası üçün apardığı mübarizə, bu amansız döyüşlərdə qazandığı tarixi zəfərlər qüdrətli Türk Ordusunun, şəhid və qazilərin və əlbəttə ki, Mustafa Kamal Atatürkün adı bağlıdır. 8 noyabr Zəfəri də, 30 il işğalda qalmış torpaqlarımızın azad olması, ərazi bütövlüyünün bərpası da, qüdrətli Azərbaycan Ordusu, şəhid və qazilərin, əlbəttə ki, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır”.
Onun sözlərinə görə, bu gün Türkiyə dünyanın nüfuzli dövlətlərindən, Böyük 20-liyə daxil olan dövlətdir, Türk Ordusu NATO-nun ikinci ən böyük ordusu olaraq, söz sahibi olan, dünyanın bir çox bölgələrində sülhün və təhlükəsziliyin təminatçısıdır: “Bu gün Azərbaycan regionun həm siyasi, həm istisad, həm də hərbi cəhətdən inkişaf etmiş dövlətidir, Avropada və post-sovet məkanın da həyayta keçirlən bütün layihələrin vacib bir iştirakçısına, söz sahibi olan aktorudur.
Bu tarixi gündə Türkiyəni və Azərbaycanı sevən hər kəs torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda canlarından keçmiş, bu Zəfərləri bizə qazandırmış bütün şəhidlərimizin ruhuna sonsuz ehtiramını bildirir.
Zəfər Bayramımız mübarək!”.