Siyası Online Qəzet

“Azəriqaz”ın mühəndisi məşhur idmançını məğlub edərək çempion oldu

Budo döyüş növləri üzrə dünya və Asiya çempionu Ruslan Tağıyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən EFC 35 -də rəqibi üzərində parlaq qələbə qazanıb.
Qeyd edək ki, bu, Ruslan Tağıyevin peşəkar döyüşdə 5-ci qələbəsidir. Ruslanın rəqibi Özbəkistan Respublikasının tanınmış, məğlubedilməzliyi ilə ad çıxaran idmançısı Baktierjon Kosimkhodjaev olub. O, 4 peşəkar döyüşdə məğlub olmayıb.

Ruslan Tağiyev həmçinin budo üzrə Azərbaycan çempionudur. Maraq üçün bildirək ki, o, hazırda SOCAR “Azəriqaz” İstehsalat Birliyində mühəndis vəzifəsində çalışır.