Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın mövludu

 Əliyev Rövşən Nəriman oğlu 30 avqust 1972-ci ildə Bakı şəhərində doğulub. Əslən Göyçə mahalının Basarkeçər rayonundan olan Rövşən Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olub.
1991-ci ilin mayında könüllü olaraq orduya yazılır. Rövşən Əliyev Ağdamda yaradılmış milli müdafiə taborunda döyüş meydanına atılır. O, döyüşlərdə Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak edir. Verilən bütün əmr və tapşırıqları layiqincə yerinə yetirən Əliyev Rövşən 14 iyun 1992-ci ildə Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Əliyev Rövşən Nəriman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür.
Vaxtilə təhsil aldığı 254 saylı orta məktəb və Bakı şəhərindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır.

ALLAH RƏHMƏT ELƏSİN!

Vətən qəhrəmanları.az

NƏRMİN SƏFƏROVA