İnformasiya Portalı

STAS PYEXA BAKIDA SEVIL ƏLİYEVA İLƏ GÖRÜŞDÜ – “ANA” MAHNISINI MÜƏLLİFİNIN HÜZURUNDA İFA ETDİ

0

Rusiyanın tanınmış müğənnisi Stas Pyexa Bakıda keçirilən beynəlxalq “DreamFest” musiqi festivalında yaddaqalan çıxışı ilə diqqət çəkib. Sənətçi Ümummilli Lider Heydər Əliyevin qızı, tanınmış bəstəkar, “Şöhrət” ordenli Sevil Əliyevanın müəllifi olduğu “Ana” mahnısını ifa edərək tamaşaçılara duyğulu anlar yaşadıb.
“Vetenqehremanlari.az” Qafqazinfoya istinadən xəbər verir ki, festival çərçivəsində Stas Pyexa Sevil Əliyeva ilə də görüşüb. Səmimi atmosferdə keçən görüş zamanı müğənni müəlliflə bir araya gəlməkdən məmnunluğunu ifadə edib və bu əsəri məhz Azərbaycanda səsləndirməsinin onun üçün xüsusi məna daşıdığını vurğulayıb.
Stas Pyexa bildirib ki, “Ana” mahnısı dərin mənəvi məzmunu və emosional təsiri ilə onu hər zaman duyğulandırıb. O, bu əsəri doğma torpaqda, müəllifinin hüzurunda ifa etməyi böyük şərəf hesab etdiyini qeyd edib.
“Gəlişimin əsas səbəbi və məqsədi doğma torpaqda ‘Ana’ mahnısını ifa etməkdir”, – deyə Stas Pyexa bildirib.
Müğənninin “DreamFest” səhnəsində təqdim etdiyi ifa tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Festival iştirakçıları bu çıxışı tədbirin ən yaddaqalan və emosional anlarından biri kimi qiymətləndiriblər.
Qeyd edək ki, “DreamFest” beynəlxalq musiqi festivalı müxtəlif ölkələrdən tanınmış sənətçiləri bir araya gətirən nüfuzlu tədbirlərdən biridir və bu il də Bakıda zəngin konsert proqramı ilə diqqət çəkib.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.