İnformasiya Portalı

VƏTƏN MÜHARIBƏSI QƏHRƏMANI TELMAN HÜSEYNOV ƏLAHIDDƏ ÜMUMQOŞUN ORDU KOMANDANININ BIRINCI MÜAVINI TƏYIN EDILDI

0

“Vetenqehremanlari.az” EDnews-a istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordusunda yeni kadr təyinatı həyata keçirilib.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Telman Hüseynov Əlahiddə Ümumqoşun Ordu komandanı general-mayor Kənan Seyidovun birinci müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Telman Hüseynov bu təyinata qədər Əlahiddə Ümumqoşun Ordusunda komandan müavini vəzifəsində xidmət edirdi. Yeni təyinatla o, komandanın birinci müavini kimi fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, Əlahiddə Ümumqoşun Ordu komandanının əvvəlki birinci müavini general-mayor Etibar Məhərrəmov isə bu yaxınlarda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin baş idarələrindən birində müavin vəzifəsinə təyin olunub.
Telman Hüseynov 44 günlük Vətən müharibəsində göstərdiyi xüsusi igidlik və peşəkarlığa görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş zabitlərdəndir. Onun yeni vəzifəyə təyin edilməsi Silahlı Qüvvələrdə peşəkar və döyüş təcrübəsinə malik kadrların irəli çəkilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.


Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.