QHT Agentliyinin nümayəndə heyəti Türkiyədə zəlzələ bölgəsində olub
Agentliyin nümayəndə heyəti qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində 2023-cü il fevralın 6-da Kahramanmaraş şəhərində baş verən zəlzələ nəticəsində evlərini itirən və cadır şəhərciyində yaşayan ailələri ziyarət edib.
Kahramanmaraş şəhərində “Südcü İmam Universiteti”nin daxilində hazırlanmış cadır şəhərciyinə gələn nümayəndə heyəti əvvəlcə universitetin rektoru cənab Alptekin Yasımla görüşüb və cadır şəhərciyi, orada yaşayan insanlar haqqında məlumat alıb. Daha sonra nümayəndə heyəti 1000-ə yaxın 5-15 yaşlı uşaq üçün gətirilən geyim və digər zəruri vasitələri zəlzələdən əziyyət çəkən uşaqlara paylayıb. Nümayəndə heyəti Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Kahramanmaraş şəhərində tikilən “Heydər Əliyev adına məktəb”in inşaatı ilə tanış olublar və daha sonra Kahramanmaraş şəhərində Xocalı faciəsinə həsr olunan parkı ziyarət ediblər.