İnformasiya Portalı

VƏTƏN UĞRUNDA CANINDAN KEÇƏN QƏHRƏMAN: ŞƏHİD BUSAT QURBANOVUN ŞƏRƏFLİ ÖMÜR YOLU

0

Busat Əfsər oğlu Qurbanov 10 sentyabr 2000-ci ildə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini nümunəvi şəkildə Naxçıvan Muxtar Respublikasında  başa vuran Busat Qurbanov sonradan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Azərbaycan Ordusunun sıralarında xidmətini davam etdirib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Busat Qurbanov Azərbaycan Silahlı Qüvvələrinin tərkibində tuşlayıcı vəzifəsində döyüşlərə qatılıb. O, Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması uğrunda gedən ağır döyüşlərdə, xüsusilə Füzuli, rayon istiqamətində aparılan əməliyyatlarda böyük şücaət nümayiş etdirib. Döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirən Busat Qurbanov düşmənin müdafiə xəttinin yarılmasında fəal iştirak edib.Ohanyan postunun yarılmasında böyük əməyi olub.
Vətənə sonsuz sevgisi və hərbi anda sədaqəti ilə seçilən qəhrəman döyüşçü tank tuşlayıcısı vəzifəsində döyüş tapşırıqlarını uğurla yerinə yetirib. 27 sentyabır 2020-ci ildə Cəbrayıl rayonun Nüzgar kəndində  gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən,şücaət göstərərkən  qəhrəmancasına şəhid olub.

10 oktyabır 2020-ci ildə şəhidin nəşi ailəsinə təhfil verilib Füzuli rayonun Aşağı Kürdmahmudlu kəndidə dəfin olunub.O, canını Vətənin azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda fəda edərək adını xalqımızın qəhrəmanlıq salnaməsinə əbədi həkk etdirib.
Şəhid Busat Qurbanov göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə bir sıra dövlət təltiflərinə layiq görülüb. O, 15 dekabr 2020-ci il tarixli Sərəncamla “Vətən uğrunda” medalı həmçinin 25 dekabr 2020-ci il tarixli Sərəncamla “Füzulinin azad olunmasına görə” medalı ilə ölümündən sonra təltif edilib, 25 iyun 2026-ci il tarixli Sərəncamla 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalı ilə ölümündən sonra təltif edilib.
Şəhid Busat Qurbanovun keçdiyi şərəfli ömür yolu Azərbaycan gəncliyi üçün əsl vətənpərvərlik nümunəsidir. Onun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün örnək olacaq.

Şəhid Busat Qurbanov vətənpərvər bir ailədə böyüyüb. Onun atası Əfsər Qurbanov Birinci Qarabağ müharibəsinin iştirakçısı, müharibə veteranıdır. Əfsər Qurbanov müharibə illərində Azərbaycanın Milli Qəhrəmanı Şəhid  Pəhlivan Fərzəliyevin rəhbərlik etdiyi taqımda (vzvodda) döyüşərək Vətənin müdafiəsində şərəflə xidmət göstərib. Beləliklə, Vətənə sədaqət və döyüş ruhu ata ocağından Busat Qurbanova miras qalıb və o da bu müqəddəs yolu davam etdirərək Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.