Siyası Online Qəzet

Azərbaycanda və xaricdə fəaliyyət göstərən təşkilatlar 31 Mart ilə əlaqədar bəyanat yayıblar

Azərbaycanda və xaricdə fəaliyyət göstərən təşkilatların rəhbərlərinin
31 Mart Soyqırımı ilə əlaqədar 

Bəyanatı

31 Mart tarixi ermənilərin azərbaycanlılara, o cümlədən insanlığa qarşı törətdiyi soyqırımlardan biridir. Onminlərlə dinc, əliyalın insanı vəhşicəsinə öldürmək, yandırmaq, işgəncə vermək ermənilərin qəddarlığının bariz göstəricisidir.

Erməni daşnaklarının törətdiyi bu soyqırımı zamanı Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış, qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla ümumilikdə on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılmış, 132 min azərbaycanlı qətlə yetirilmişdir.

Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması rəsmi surətdə bəyan edilib.

Quba rayonunda təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə ermənilərin törətdikləri soyqırımı cinayətlərini əyani olaraq sübut edir. Soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına qərar verilmişdir.

Ermənilərin bu qəddarlığı, azərbaycanlıları yurd-yuvalarından didərgin salma prosesi sovet hakimiyyəti illərində də davam etmişdir. Təəssüf ki, 31 Mart soyqırımına dünya ictimaiyyəti tərəfindən indiyə qədər də layiqli hüquqi-siyasi qiymət verilməmişdir. Bu cəzasızlıq mühiti ermənilərin yeni-yeni soyqırımlar törətməsilə nəticələnmişdir.

Azərbaycan dövləti bu istiqamətdə lazımlı çalışmaları həyata keçirir. Biz – Azərbaycanda və dünyada fəaliyyət göstərən təşkilatların təmsilçiləri Azərbaycan Respublikasının müvafiq qurumlarının bu istiqamətdə gördüyü işləri dəstəkləyir, dünya birliyindən 31 Mart soyaqırımına hüquqi-siyasi qiymət verilməsini, baş vermiş faciənin soyqırımı kimi tanınmasını tələb edirik.

30 mart 2023-cü il

Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri (Azərbaycan)

Şəhla İsayeva
Pakistanda Yaşayan Azərbaycanlılar Cəmiyyətinin sədri (Pakistan)

Rəşid Məmmədov
“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri (Yunanıstan)

Xatirə Qəmbərova
“Rusiya Azərbaycan Qadınları” İctimai təşkilatının sədri (Rusiya)

Ceyran Səttarova
Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin İdarə Heyətinin üzvü (Türkiyə)

Şahəddin Əzimov
Tacikistan Azərbaycan cəmiyyətinin sədri (Tacikistan)

Cihad Rahmi Akar
Osmanlı Diriliş Xalq Hərəkatının başqanı (Türkiyə)

Ülviyyə Abbasova
“Çinar” azərbaycanlıların milli-mədəni mərkəzinin sədr müavini (Rusiya)

Mikayıl Oyta
Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti (Avtsraliya)

Zümrüd Dadaşova
Ərəb ölkələri üzrə Koordinasiya Şurasının İordaniya üzrə koordinatoru, İordaniyadakı Azərbaycan diasporunun rəhbəri (İordaniya)

Hüseyn Yusibov
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri (Gürcüstan)

Yücel Alpay Demir
Kocaeli Milli Quruluşlar Birliyi başqanı (Türkiyə)

Günay Bayramova
Azərbaycan Macarıstan Məzunları İctimai Birliyinin sədri (Macarıstan)

Rahib Əzizov
“Odlar Yurdu”cəmiyyətinin sədri (Qazaxstan)

Xansovar Baxşəliyev
Qırğızıstan Azərbaycanlıları cəmiyyətinin sədri (Qırğızıstan)

Emin Ramazanov
“Tatarıstan” ictimai birliyinin sədr müavini (Rusiya)

Elman Mustafazadə
Avropada Azərbaycanın Dostları Cəmiyyətinin sədri (Hollandiya)

Ömər Səid
Vətən cəmiyyətinin sədri (Qazaxıstan)

Nüsrət Məmmədov
Türk Dövlətlərinin Siyasətinə Dəstək Fondu (Qırğızıstan)

Nurəddin Hüseynov
İtaliya-Azərbaycan Dostluğu Milli Mədəniyyət Assosiasiyasının prezidenti (İtaliya)

Saleh Qurbanov
Moskva vilayəti Lyubertsi rayonu azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının sədri (Rusiya)

Ziyafət Surxayev
Moskva vilayəti Mıtişi rayonu azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının sədri (Rusiya)

Sahib Musayev
Moskva vilayəti Ruza rayonunda yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyatının sədri (Rusiya)

Elxan Mirhəşimli
“Hollandiya Azərbaycan Evi”nin rəhbəri (Hollandiya)

Şervin Necefpur
Can diaspor təşkilatının sədri (Norveç)

Arzuman Abdulkərimov
Hilal təşkilatının sədri (Azərbaycan)

Zaur İbrahimli
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri (Azərbaycan)

Elman Cəfərli
Yaşıl Dünya Ekoloji Maarifləndirmə Birliyinin sədri (Azərbaycan)

Elçin Xalidbəyli
“Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri (Azərbaycan)

Anar Turan
Milli Fikir və İnkişaf Birliyinin sədri (Azərbaycan)

Fuad Hüseynzadə
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatının sədri (Azərbaycan)

Əlövsət Allahverdiyev
“Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri (Azərbaycan)

Ceyhun Bayramlı
Oğuz Müstəqil Araşdırmaçılar Qrupunun sədri (Azərbaycan)

Məhəmməd Cəbrayılov
Türk Dünyası Elmi Strateji Araşdırma Mərkəzinin başqanı (Azərbaycan)

Nicat Əsgərov
“Adəm” Xeyriyyəçilər Assosiasiyasının sədri (Azərbaycan)

Dəyanət Osmanlı
Türk Dünyası İnfo təşkilatının sədri (Azərbaycan)

Mütəllim Rəhimli
Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin sədri (Azərbaycan)

Asim Vəliyev
Gənclərin Töhfəsi təşkilatının sədri (Azərbaycan)

Tural Əfəndi
Türkiyə Universitetləri Məzunları birliyinin sədri (Azərbaycan)

İntiqam Yaşar
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri (Azərbaycan)

Çingiz Bayramov
Dialoq və inkişaf naminə birliyin sədri (Azərbaycan)

Namiq Sərdarlı
Könüllülük Fəaliyyətinin Təbliği gənclər birliyinin sədri (Azərbaycan)

Zülfiyyə Nuriyeva
Sosial-İqtisadi və Kənd Təsərrüfatınin İnkişafına Dəstək təşkilatının sədri (Azərbaycan)

İlahə Bayandır
Ziyalı Ocağı təşkilatının sədri (Azərbaycan)

Aqil Eyvazov
İqtisadiyyat və Hüquq təşkilatının sədri (Azərbaycan)

Bəxtiyar Həsənov
Sosial İnkişafa Dəstək təşkilatının sədri (Azərbaycan)

Eldəniz Salmanov
Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri (Azərbaycan)

Ramiz Mikayıloğlu
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi (Azərbaycan)

Şövqi Bünyatov
“Əczaçılar Klubu” İctimai Birliyinin sədri (Azərbaycan