Siyası Online Qəzet

“Prezidentin Laçın rayonuna nümayəndə təyin etməsi tarixin keçmiş hadisələrini təkrarlanmasına yol verməmək baxımından yüksək qiymətləndirilməlidir”

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda yeni dövrün başlandığını görürük. Hərb meydanında əldə olunan qələbə istər beynəlxalq aləmdə, istərsə də daxili siyasətə inamı daha da artırmış oldu. Möhtərəm prezidentimizin rəhbərliyi ilə ölkəmizin inkişafı yolunda daha bir ciddi atılmış oldu. İndi Azərbaycan mürəkkəb geopolitik mövqedə yerləşməsinə baxmayaraq müstəqil siyasətini əzmkarlıqla, qətiyyətli şəkildə davam etdirir. Tam əminliklə demək olar ki, Azərbaycan prezidenti bölgədə söz sahibidir. Qarabağ zəfərindən sonra bölgənin qalan problemləri də ardıcıl olaraq həllini tapmaqdadır. Hansı ki, istər Ermənistan, istərsə də İran və Rusiya ciddi cəhdlə bölgədə sabitliyin təmin edilməsini əngəlləməyə çalışırlar.Bütün bunlara baxmayaraq möhtərəm prezidentimiz Qarabağ və Şərqi Zəngəzurun infrastrukturunun bərpası, müasir tələblərə cavab verən yaşayış məntəqələrinin yenidə salınması ilə bölgənin inkişafına töhfələrini verməkdədir. Belə bir şəraitin yaranmasını görən dünya da bölgədə iki fərqli xalqın yaşadığını görür. Biri bəşəriyyətin əxlaqına sığmayan vəhşilik nəticəsində bölgəni xarabazara çevirən, ekoloji fəlakət yaradan Ermənistan, digəri isə qurub yaradan, təbiətə vurulan yaraları sağaldan , Qarabağı barış meydanına çevirən Azərbaycandır. Azərbaycan dünyanın komunikasıyalarını gücləndirmək, Zəngəzur dəhlizi ilə dünyaya yollar açmaq istədiyi halda Ermənistan bu hummanist siyasətin əleyhinə çıxır.
Bu fikirləri söyləyən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Asif Əsgərli ölkə başçısı İlham Əliyevin idarəçilkdə yeni təşəbbüslərini də yüksək qiymətləndirib.
Bildirib ki, işğaldan azad edilən rayonlarda idarəetmənin təkmilləşdirilməsi baxımından nümayəndəlik institutları yaradılır, prezidentin inandığı kadrlara yüksək vəzifələr etibar olunur. Bu da öz növbəsində bölgənin inkaşıfında stimullaşdırma rolu oynayır. Bu günlərdə Laçın rayonuna nümayəndənin təyin olunması bu baxımdan əhəmiyyətli və olduqca vacib amildir.
Asif Əsgərli bildirmişdir ki, Laçın ölkəmizin ən böyük, eyni zamanda strateji əhəmiyyətə malik rayonlarından biridir. Belə bir strateji əhəmiyyətə malik rayona rəhbərlik etmək olduqca məsuliyyətli vəzifədir. “Prezidentin ayrıca olaraq işğaldan azad edilmiş rayonlara nümayəndə təyin etməsi uzaqgörən, səriştəli dövlət başçımızın düzgün qərar verməsi deməkdir. Azərbaycan son 30 ildə tarixin ən məhrumiyyətli illərini yaşadığından baş verən hadisələrin kökündə də məhz təsadüfi şəxslərə rayon başçısı kimi məsuliyyətli bir vəzifəni həvalə etmək olmuşdur.Bunun da nəticəsində rayonların əldən getməsi, erməni quldurlara müqavimətin zəif təşkili , torpaqlarımızın müdafiəsi təmin edilmədiyindən 20 faiz torpaqlarımız işğala məruz qalmışdır. Prezidentin Laçın rayonuna nümayəndə təyin etməsi tarixin keçmiş hadisələrini təkrarlanmasına yol verməmək baxımından yüksək qiymətləndirilməlidir,-deyə Asif Əsgərli vurğulayıb.