Türk dünyasında birlik nümunəsi
Azərbaycan Prezidentinin təşəbbüskarlığı türklərin yaşadığı bütün coğrafiyada da müsbət qiymətləndirilir
Son illər Azərbaycanın əldə etdiyi uğurlar, xüsusən Qarabağla bağlı danışıqlar prosesində Azərbaycanın göstərdiyi qətiyyət hər birimizi qürurlandrır. Sözün həqiqi mənasında siyasət meydanında Qarabağ uğurunda mübarizə gedir. Və biz burada da türk düynasının həmrəyliyini müşahidə edirik. Xüsusən Vətən müharibəsi günlərində türk dünyası dövlətləri də Azərbaycanı dəstələyən bəynatlarla çıxış etdilər. Əlbəttə, həmin günlər Azərbaycan-Türkiyə qardaşlığının birliyini də gördük. Türkiyə dövləti siaysi və mənəvi olaraq sona qədər Azərbaycanı dəstəklədi və hazırda bu dəstəyini davam etdirir. Həmçinin fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycan xalqını mənəvi olaraq çox sarsıtdı. Azərbaycan dövləti və xalqı Türkiyədəki qardaş və bacılarının dərdinə şərik oldular. İki dost və qardaş ölkənin hərməyliyi dünya üçün birlik simvolu oldu. Hazırda bu birlik güdən-günə möhkəmlənməkdədir. Beynəlxaq tədbirlərdə Azərbaycan-Türkiyə Prezidentlərinin səmimi şəkildə qol-qola gəzməsi və şəkillərdə birgə dayanması dünyaya verilən türk birliyi mesajıdır.
Daha bir birlik nümunəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsidir. Dövlətimizin başçısı İlham Əliyev həmin tədbirdə iştirak edib. Öncə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb. Sammitin açılışında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək deyib: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”.
Prezident İlham Əliyev Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış edərək qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadlarının Azərbaycanı olduqca kədərləndirdiyini bildirib: “Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib”.
Zəlzələ baş verədən sonra Azərbaycan sona qədər Türkiyəyə öz dəstəyini göstərdi. Azərbaycandan davamlı olaraq Türkiyəyə maddi yardım, elcə də həkimlər, xilasedicilər, könüllülər göndərildi. Azərbaycan xalqı könüllü olaraq zəlzədən əziyyət çəkənlərə dəstək olmaq üçün kimin əlində nə var onu göndərdi. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmədi. Ölkəmizin müxtəlif qurumlarında da zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə kampaniyalar keçirildi. Eyni zamanda xarici ölkələrdə yaşayan azərbaycanlılar da yardım kampaniyaları keçrirək toplanan pulu, eləcə də ərzaq, isti geyimlər, və s. lazımı vəsaitləri Türkiyəyə göndərdilər. Azərbaycan bütün dünyaya bir daha nümayiş etdirdi ki, təkcə dövlətlərarası və dövlət başçıları səviyyəsində deyil, eyni zamanda insanlar arasında da əsl qardaşlıq əlaqələri var.
Cənab Prezident çıxışında 44 günlük müharibə dövründə bütün Türkiyə xalqının Azərbaycanın yanında olduğunu vurğulayıb: “Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir”. Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil edilməsi dövlətimzin regional, elcə də türk dünyasında da aparıcı rol oynamasının göstəricisdir. Azərbaycan Prezidentinin təşəbbüskarlığı türklərin yaşadığı bütün coğrafiyada da müsbət qiymətləndirilir. Türk dövlətlərinin birliyi istiqamətində Azərbaycan bundan sonra da ən yüksək rol oynayacaq.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu