Siyası Online Qəzet

Şəhid Milli Qəhrəman Əsəd Əsədovun ailəsi ziyarət olunub

Martın 22-si Azərbaycan Respublikasının şəhid Milli Qəhrəmanı Əsəd Əsədovun doğum günüdür. O, 1966-cı il martın 22-də Zəngilan rayonunun Turabad kəndində anadan olub.
Əsəd Əsədov torpağına və millətinə bağlı insan idi. Birinci Qarabağ müharibəsi başlayan dövründə Əsəd Əsədov torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərə atılıb. O, təcrübəli təyyarəçi idi. Düşmən üzərində bir çox təhlükəli uçuşlar etmiş və düşmənə sarsıdıcı zərbələr endirib. Əsəd Əsədov elində, obasında böyük nüfuza malik insan idi. Məhs bunu görə də düşmən onun zərərsizləşdirilməsi üçün milyonlarla pul mükafatı ayırmışdı. Lakin Əsəd Əsədov təcrübəli pilot olması ilə bərabər ehtiyatlı zabit idi. Yevlax AH-2 təyyarəsinin komandiri 1991-ci ildə 9 nəfərlik heyətlə Xocalı aeroportuna köməyə gedən zaman düşmən gülləsinə tuş gəldi və qəhrəmancasına həlak oldu.
Biz martın 22-də Milli Qəhrəmanlar İctimai Birliyi və “Vətən qəhrəmanları” MMC olaraq şəhidimizin ailəsini ziyarət etdik və ailə üzvlərinə baş sağlığı verdik. Söhbət əsnasında məlum oldu ki, qəhrəmanımızın adını daşıyan nəvəsi Əsəd də babasının yolunu davam etdirir və hal – hazırda Aviasiya akademiyasında təhsil alır.
Qəhrəmanımıza Allahdan rəhmət diləyir və ailə üzvlərinə isə can sağlığı arzulayırıq.

Nərmin Səfərova