“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Əvvəlcə birgə foto çəkdirilib. Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra “Qurani-Kərim”dən ayə oxunub. Daha sonra İslam İnkişaf Bankı (IsDB) haqqında videoçarx nümayiş olunub. Dövlət başçısı tədbirdə çıxış edib. Sonra İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış ediblər.