64 yaşlı pəhləvan Əliyar Musayev öz dostu Paşa Nəsirov ilə birlikdə Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami rayon şöbəsində qonaq olub. Qonaqları şöbənin sədri Ədhəm Məmmədov qəbul edib.
Görüş zamanı müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Paşa Nəsirov vaxtilə ulu öndərimiz Heydər Əliyevin yanında xidmət edib.
Pəhləvan Əliyar Musayevin idmana marağı hələ uşaqlıq illərindən başlayıb. O, 10 yaşından etibarən idmanla məşğul olur. Şərur rayonundan olan pəhləvanın nümayiş etdirdiyi müxtəlif güc nömrələri, xüsusilə ağır çəkiləri çeçələ barmağı ilə qaldırması böyük maraqla qarşılanır.
Əliyar Musayevin əldə etdiyi nailiyyətlərdən biri rəsmi rekord kimi qeydə alınıb. O, güc və dözümlülük sahəsində göstərdiyi nəticələrlə tanınır və qazandığı uğurlar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Onun əsas məqsədlərindən biri pəhləvanlıq ənənələrinin yaşadılması və gənc nəslə idmana marağın aşılanmasıdır.