Çukurova bələdiyyəsinin sədri: “İbad Hüseynov türk dünyasının qəhrəmanıdır”
Oktyabrın 18-də Türkiyənin Adana şəhərinin Çukurova bələdiyyəsinin sədri Soner Çetinin Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov, eləcə də QHT və KİV nümayəndələri ilə görüşü keçirilib. Görüşdə “bir millət, iki dövlət” birliyindən danışılıb, Azərbaycan-Türkiyə qardaşlığının gündən-günə möhkəmləndiyi qeyd edilib. Çukurova bələdiyyəsinin sədri Soner Çetin İbad Hüseynovun türk dünyasının qəhrəmanı olduğunu deyib.
Milli Qəhrəman İbad Hüseynov Çukurova bələdiyyəsinə Adana şəhərində onun adına park salındığına və heykəlinin ucaldıldığına görə təşəkkür edib.
Sonra İbad Hüseynov bələdiyyə sədri Soner Çetinə Qarabağ və Şuşanı simvolizə edən hədiyyələr təqdim edib. Öz növbəsində İbadov Hüseynov, o cümlədən digər qonaqlara Soner Çetin adından “Can Azərbaycan: iki dövlət, bir millət” yazılmış xatirə hədiyyələri verilib.
Sonda Dədə Qorqud Milli Fondunun prezidenti Eldar İsmayıl Çukurova bələdiyyəsinin sədri Soner Çetinə “Ədalətin qılıncı” ordenini təqdim edib.
Fuad Hüseynzadə
Vetenqehremanlari.az