Hakan Fidan belçikalı həmkarı Hadija Labiblə görüşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan belçikalı həmkarı Hadija Labiblə görüşüb.
APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş Belçikada Nüvə Enerjisi Sammiti çərçivəsində baş tutub.
Türkiyə Palatalar və Birjalar İttifaqının Brüssel Nümayəndəliyində Belçikada yaşayan vətəndaşlarla görüşən Fidan Brüsseldən yola düşməzdən əvvəl belçikalı həmkarı ilə görüşüb.