Siyası Online Qəzet

Bakıda hamam yanıb – 1 nəfər zəhərlənib

Bakıda hamam yanıb.

 

Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, Suraxanı rayonunda ümumi sahəsi 600 m² olan hamamın soyunub-geyinmə və sauna otağının yanar konstruksiyaları 70 m² sahədə yanıb.

 

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

 

Hamamın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.