Siyası Online Qəzet

Zalujnı Ukrayna üçün Londona təsir edə bilərmi?

Valeri Zalujnı Londondakı səfir kimi Böyük Britaniyadan Ukraynaya hərbi yardımın miqyasını çətin ki, əhəmiyyətli dərəcədə dəyişə bilsin.

 

Axar.az xəbər verir ki, bunu Britaniya ordusunun istefada olan polkovniki, hərbi ekspert Qlen Qrant deyib.

 

O bildirib ki, Zalujnının vəzifəsi mövcud dəstəyi saxlamaq və gücləndirməkdir:

 

“General Zalujnının rolu müdafiə attaşesi deyil, səfir olmaqdır. İnsanların səfirin rolunun daha mürəkkəb olduğunu başa düşməsi vacibdir. Britaniyada bu, qərar qəbuletmənin müxtəlif güc mərkəzləri arasında səpələnmiş olduğu mərkəzləşdirilməmiş güc strukturu ilə daha da çətinləşir”.

 

Qeyd edək ki, V.Zalujnının Britaniyaya səfir göndəriləcəyi artıq təsdiqlənib.