Siyası Online Qəzet

Britaniyada tarixin “ən ölümcül tankı” təqdim olunub

Britaniyada “Challenger 3” tankının ən son prototipi konveyerdən çıxarılıb, o, Britaniya ordusunun tarixində ən güclü döyüş maşını olacaq.

 

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps “X” sosial şəbəkəsində məlumat verib.

 

“Bu, 22 il ərzində ilk bütöv Britaniya tankıdır. Hazırda Telfordda bu tankı Britaniya Ordusu tarixində ən ölümcül tank etmək üçün ən müasir təkmilləşdirmələr aparılır və əsgərlərimizə müdafiə üçün lazım olan atəş gücü verilir”, – nazir qeyd edib