Siyası Online Qəzet

Traktor”un oyununda Zəngəzur şüarı: həbslər var

Dünən günortadan sonra “Traktor” komandası ilə Tehranın “Havadar” komandası arasında keçirilən görüşdən sonra 3 azərbaycanlı azarkeş həbs edilib.

 

Axar.az xəbər verir ki, bu barədə yerli fəallar məlumat yayıb.

 

Təhlükəsizlik məmurları Səməd Heydəri, Əmin və Əmir Tağızadə adlı şəxsləri saxlayaraq naməlum yerə aparıblar.

 

Bunun oyun zamanı azarkeşlərin milli şüarlar səsləndirməsi ilə əlaqəli olduğu ehtimal edilir.

 

Qeyd edək ki, qarşılaşma zamanı “Traktor” azarkeşləri şüarlar səsləndirib, plakatlar açıblar. Plakatlarda Azərbaycan Respublikası və Güney Azərbaycanın xəritələri təsvir olunub.

 

Bununla yanaşı, Urmiyadan iki kürd namizədin parlamentə göndərilməsinə və kürdlərin Qərbi Azərbaycan əyalətinə torpaq iddialarına etiraz edilib.

 

Başqa bir plakatda isə “Müstəqil Azərbaycan, işğal edilmiş Azərbaycan və Zəngəzur” sözləri yazılıb.

 

Xatırladaq ki, “Traktor” sözügedən oyunda 4:2 hesabı ilə qələbə qazanıb.