Siyası Online Qəzet

Ordumuzun əsgəri YARALANDI

Mart ayının 8-də saat 20:30-da Sərhəd Qoşunlarının hərbi qulluqçusu əsgər Nəsibli Elvin Bəxtiyar oğlu silahla davranış qaydalarını pozması nəticəsində yaralanıb.

 

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hərbi qulluqçunun həyatını xilas etmək üçün təxirəsalınmaz tədbirlər görülərək xəstəxanaya çatdırılıb, ixtisaslaşmış və peşəkar həkimlərin iştirakı ilə əməliyyat olunub.

 

Faktla bağlı cinayət işi açılıb və hərbi prokurorluğun əməkdaşları ilə birgə araşdırma aparılır.