Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın Mövlud Günü

Bu gün Şəhid Milli Qəhrəman Faiq Qəzənfər oğlu Rəfiyevin mövlud günüdür.

 Faiq Qəzənfər oğlu Rəfiyev 22 fevral 1955-ci ildə Füzuli rayonunda anadan olub. Orta təhsilini Qarakollu kənd məktəbində aldıqdan sonra  Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olub. 1990-cı il 20 yanvar hadisələrindən sonra Daxili İşlər Nazirliyinə müraciət edir və Xocavənd rayonuna sahə müvəkkili göndərilir.

Axullu, Tuğ, Qaradağlı kəndlərinin müdafiəsində qəhrəmanlıq göstərib. Koçbəy kəndini ermənilərdən təmizləmək üçün Faiq  plan hazırladı. Hücum nəticəsində ermənilər ağır itki verərək geri çəkildilər, evlərdə gizlənən erməniləri axtarıb məhv edərkən qəfil atılan güllənin ürəyinə tuş gəlməsi nəticəsində 10 yanvar 1992-ci ildə tarixində Faiq qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Qəhrəmanımız doğulduğu Sarıcıq kəndində dəfn edilib.

Ailəli idi. İki övladı yadigar qaldı.

Azərbaycan Respublikası Prezidenti tərəfindən Faiq Qəzənfər oğlu Rəfiyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

Lökbatan qəsəbəsindəki 166 saylı tam orta məktəb qəhrəmanımız  Faiq Qəzənfər oğlu Rəfiyevin adını daşıyır.

Allah rəhmət eləsin!

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ