Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın Mövlud Günü

Bu gün Şəhid Milli Qəhrəman Rövşən Şəmil oğlu Hüseynovun mövlud günüdür.

 

Rövşən Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. Quzanlı kənd orta məktəbi bitirdikdən sonra Ağdam Rayon Mədəniyyət evində işləmişdir.

Hərbi xidmətini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur.

Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər.

1992-ci il 11 may Şıxarx uğrunda qanlı döyüşlər gedirdi. Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşmüşdü. Tələbə taqımı onları xilas etmək əmrini alır Rövşənin başçılıq etdiyi taqım döyüşə atıldı onlar mühasirəyə düşən 27 döyüşçünü azad edə bildilər, lakin özləri mühasirəyə düşdülər. Rövşən atəş nöqtəsini öz üzərinə cəlb edərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir, burada tələbələrdən ikisi şəhid olur, digərləri isə mühasirədən çıxa bildilər, pulemyotu ilə erməni faşistlərinin xeyli hissəsini məhv edən qəhrəmanımız döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

Azərbaycan Respublikası Prezidenti tərəfindən  Rövşən Şəmil oğlu Hüseynov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Allah rəhmət eləsin.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ