Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın Mövlud Günü

Bu gün Şəhid Milli Qəhrəman Tahir Tofiq oğlu Həsənovun mövlud günüdür. 

 

Tahir Tofiq oğlu Həsənov 22 fevral 1970-ci ildə Bakı şəhərində anadan olub. 18 yaşı tamam olduqdan sonra keçmiş SSRİ Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılan Tahir Moskvada iki illik hərbi xidməti başa vurduqdan sonra Azərbaycana qayıdan Tahir ali təhsil almaq üçün Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Tələbə ikən könüllü olaraq cəbhəyə yola düşdü.  O Ağdərə, Füzuli, Laçın rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş, Xocalının müdafiəsində sona qədər vuruşmuşdur.

Azərbaycan ordusu Ağdərəni azad edəndə Tahir iki döyüşçü ilə Ağdərəyə birinci daxil olub. 1992-ci il sentyabrın 2-də Tahir Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüş əməliyyatlarına başlayır. Döyüş yoldaşlarını mühasirədən çıxarandan sonra özü ilə bərabər düşmən əsgərlərini də partlayaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Bakı şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Tahir Tofiq oğlu Həsənov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Qeyd edək ki, Tahir Həsənovun özü ilə barəbər atası Tofiq Həsənov da Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.

Tahir Həsənovun adına gəmi verilib, həmçinin, Bakı şəhərindəki 23 saylı orta məktəbə Tahir Həsənovun adını daşıyır.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

 

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ