Siyası Online Qəzet

Şəhid Vətən Müharibəsi Qəhrəmanının mövlud günü

Bu gün Şəhid Vətən Müharibəsi Qəhrəmanı Cavid Hilal oğlu Mahmudovun mövludundan daha bir il ötür.

 

Cavid Hilal oğlu Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub.

Orta təhsilini Aşağı Cürəli kənd tam orta məktəbində başa vurduqdan sonra Vətənə olan sevgisi onu hərb sahəsinə yönəltdi və beləliklə, o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.

2016 – cı il Aprel döyüşləri və 2020 – ci il Tovuz hadisələrində qəhrəmanlığı ilə seçilən kapitan Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və  2020 – çi il oktyabrın 5-də Füzuli rayonunun azadlığı uğrunda gedən qızğın döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.

Şəhid kapitan Cavid Hilal oğlu Mahmudov doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kənd qəbristanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev tərəfindən  Cavid Hilal oğlu Mahmudova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, həmçinin, ölümündən sonra “Vətən uğrunda”“Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Biz də VƏTƏNQƏRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏRƏMANLARI.AZ