Vətən Müharibəsi Şəhidinin Mövlud Günü
Bu gün Vətən müharibəsi şəhidi Ziyad Muradxan oğlu Muradovun mövludundan daha bir il ötür.
Ziyad Muradxan oğlu Muradov 1991-ci il fevralın 3-də Bakı şəhərində anadan olub.
Ziyad Muradovun Vətən sevgisi ilə yanaşı şeirə, poeziyaya da marağı olub. O, şeirlərində daima bu nisgili, hicranı dilə gətirib. “Qarabağlı” ləqəbini də özünə Vətənə olan sevgisindən götürüb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Çavuş Ziyad Muradov 20 oktyabr 3020 – ci ildə Hadrutun azadlığı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidimiz Nərimanov rayonunda dəfn olunub.
Ailəli idi, bir oğul övladı yadigar qaldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ziyad Muradxan oğlu Muradov ölümündən sonra “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.
Bu gün isə Şəhidimizin mövludundan daha bir il ötür və bu səbəbdən keçirilən tədbirdə Nərimanov Rayon İcra Başçısı Elgin Həbibullayev cənabları, Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Ədhəm Məmmədov və heyəti, həmçinin, Şəhid ailələri və eləcə də, Şəhidimizin ailə üzvləri və qohumları Şəhidimizin məzarını ziyarət edib. Şəhidimizin məzarı üstünə gül dəstələri düzərək ruhuna fatihə oxudular.
Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq Şəhidimizin ailəsinə başsağlığı verir və səbr diləyirik.
Allah rəhmət eləsin!