Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın mövlud günü

Bu gün Şəhid Milli Qəhrəman Bəylər Ağayevin mövlud günündən daha bir il ötür.

Bəylər Ağayev Tapdıq oğlu 3 fevral 1969-cu ildə Qubadlı rayonunun Qarağaclı kəndində doğulmuşdur. Orta təhsilini Qaracallı kənd orta məktəbində aldıqdan sonra sovxozda fəhlə işləmişdir.

Bəylər Ağayev hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa vurduqdan sonra kəndlərinə qayıdır və sovxozda əmək fəaliyyətini davam etdirir.

1990-cı ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olur.

Vətənə olan sevgisi onu ali təhsilini yarımçıq qoyub könüllü olaraq Milli Ordu sıralarına daxil olmasına səbəb olur. Cəsarəti və qəhrəmanlığına görə seçilən Bəylər  bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu ərazilərinin erməni işğalından təmizlənməsində fəal iştirak etməklə Səfiyan, Yuxarı və Aşağı Fərəcan, Mazutlu, Türklər, Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsinin və hərbi texnikasının darmadağın etmişdi. 1992-ci il avqustun 6-sı Xanalılar kəndi uğrunda ağır döyüşlər onun üçün son döyüş olur və qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

Subay idi.

Azərbaycan Respublikası Prezidenti tərəfindən  Bəylər Tapdıq oğlu Ağayev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Qarağaclı kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Qaracallı kənd orta məktəbi onun adını daşıyır.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ