Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın mövlud günü

Akif Əkbərov Abbas oğlu 2 fevral 1952-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuşdur. Orta təhsilini 1 saylı Beyləqan şəhər orta məktəbində almışdır .

Hərbi xidmətini başa vurduqdan sonra Beyləqan rayon Daxili İşlər Şöbəsində Polis nəfəri kimi fəaliyyətinə başlayır. Sonuncu iş yeri Polis Şöbəsinin dövlət avtomobil müfəttişliyi bölməsi olur. Akif Əkbərov həmin bölmədə yol-patrul xidməti müfəttişi vəzifəsində işləyirdi.

1991-ci il avqustun 5-i Akif Əkbərovun iştirakı ilə Beyləqan rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun “Sarı yer” yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunur.  

Əhalini qorumaq üçün polis işçilərimiz döyüşə girirlər. Təxminən 6 saat davam edən bu döyüşdə Akif Əkbərov xüsusilə fərqlənir. Düşmənin xeyli canlı qüvvəsi məhv edilir. Lakin bu döyüş Akif üçün don döyüş olur. O, qəhrəmancasına həlak olur.

Beyləqan rayonunda dəfn edilmişdir.

Ailəli idi. Beş övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidenti tərəfindən  Akif Əkbərov Abbas oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Beyləqan rayonundakı küçələrdən biri onun adını və büstü qoyulmuşdur.daşıyır.

Biz də VƏTƏNQEHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

NƏRMİN SƏFƏROVA

VƏTƏNQEHRƏMANLARI.AZ