Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın mövlud günü

Bu gün Şəhid Milli Qəhrəman Ələkbər Əliyevin mövludundan daha bir il ötür.

 

Ələkbər Əliyev  Həsən oğlu 22 dekabr 1955-ci ildə Qubadlının İşıqlı kəndində anadan olub. Sumqayıt Politexnik Texnikumunu bitirib. Qubadlı rayon kimya biriliyinin sədri, sonra isə kəndlərində sovxoz direktorunun müavini vəziyəsində işləyib.

Vətənə və millətə olan sevgisi Ələkbər Əliyevi 1-ci Qarabağ savaşında döyüş meydanına atılmasına səbəb oldu. O, Əliyar Əliyevin çağırışına ilk cavab verənlərdən biri olub. Azərbaycan torpaqları uğrunda gedən vuruşlarda həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Çox qorxmaz bir döyüşçü olub.

Sonuncu döyüşü Laçının Suarası kəndində olub. 1992-ci il 7 avqust tarixli gedən bu döyüşdə təkbaşına 20-ə qədər erməni hərbçisini məhv edib və qəhrəmancasına həlak olub.

Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir.

Evli idi, 4 övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidenti tərəfindən Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ