Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın anım günü

Bu gün Azərbaycan Respublikasının ilk Şəhid Milli Qəhrəmanı Nofəl Quliyevin vəfatından daha bir il ötür.

Nofəl Quliyev 4 oktyabr 1963-cü ildə Şirvan (Əli Bayramlı) şəhərində anadan olub.
Orta məktəbi bitirdikdən sonra orduda xidmət etmiş və xidmətini başa vurduqdan sonra DİN-in xüsusi milis dəstəsinə qoşulmuşdur.

1-ci Qarabağ savaşında xüsusi şücaətilə seçilən Nofəl Quliyev 1991- ci ildə Goranboyda əhalini kənddən çıxararkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.

Ailəli idi. Bir oğul övladı yadigar qaldı.

VƏTƏNQƏHRƏMANLARI.AZ

NƏRMİN SƏFƏROVA