Siyası Online Qəzet

Şəhid Vətən Müharibəsi Qəhrəmanının 4-cü mövludu

 

Bu gün Şəhid Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun mövludundan 4 il keçir.

 

Şəhid Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərov Nadir oğlu 12 dekabr 1982 – ci ildə Saatlı şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Vətənə olan sevgisi onu hərb sahəsinə yönəltdi və polkovnik – leytenant rütbəsinə qədər yüksələn Orxan 2020 -ci il 27 sentyabrda başlayan Vətən müharibəsində xüsusi şücaətilə seçilirdi .

2 oktyabr 2020- ci ildə Füzuli rayonunun azadlığı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və 6 oktyabrda Biləsuvar şəhərində dəfn olunub.
Vəfatından sonra Azərbaycan Respublikasının Prezidenti Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunub.

Ailəli idi.. Bir oğul və bir qız övladı yadigar qaldı.

Allah rəhmət eləsin!

VƏTƏNQƏHRƏMANLARI.AZ
NƏRMİN SƏFƏROVA