Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanımızın mövludu

 

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Şəhid Milli Qəhrəman Şikar Şikarovun xatirəsini yad etdi.

Şikar Şikarov Şükür oğlu 3 dekabr 1953-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə 46 saylı tam orta məktəbi bitirərək Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul  olmuşdur.

Ali təhsilini Ukraynada davam etdirən polkovnik – leytenant Şikar 1990-cı il 20 yanvar hadisələrindən sonra vətənə qayıdaraq Azərbaycan Respublikasının torpaqlarının müdafiəsi uğrunda gedən qızğın döyüşlərə qatılmışdır. Xüsusi şücaətilə seçilən Şikar elə bu dövrdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini təyin edilmişdir.

Ağdərə rayonunun müdafiəsi əməliyyatını hazırlayır və  keçirilən uğurlu əməliyyat nəticəsində düşmənin xeyli sayda hərbi texnikası, canlı qüvvəsi məhv edilmiş, Tərtər rayonunun top və raket atəşinə tutulmasına son qoyulmuşdur və elə  1992-ci il iyunun 13-də Ağdərə rayonunun müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır.

Qəhrəmanımızın nəşi Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin əmrinə əsasən Polkovnik Şikar Şikarov Şükür oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Qobustan rayonunun Sundu kənd tam orta məktəbi onun adını daşıyır.

Ailəli idi. İki övladı yadigar qalıb.

Nəvəsi balaca Şikar Şikarov isə fəxrlə babasının adını daşıyır.

Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Qəhrəmanımızın məzarını ziyarət etdi və Şəhidimizin ruhuna dualar oxudular.

 

Biz də VETENQEHREMANLARİ.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

 

Allah rəhmət eləsin!

 

NƏRMİN SƏFƏROVA