Siyası Online Qəzet

MEK Azərbaycan dövlətçiliyinə dair nəşrlərin virtual sərgisini təqdim edir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) “Heydər Əliyev İli” çərçivəsində növbəti virtual sərgini təqdim edir (https://heyzine.com/flip-book/7c2b7b47db.html). Sərgidə MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinə cari il ərzində daxil olan ədəbiyyatların bir qismi yer alıb.

Burada “30 il quruculuq yollarında”, “Ömürdən səhifələr”, “Mehriban Əliyeva. Həyatın 100 anı”, “Heydər Əliyev və Azərbaycanın hüquq-mühafizə orqanları” “Heydər Əliyev siyasəti: tarix və müasirlik”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, “Shusha a sacred city – Şuşa Zirvədən Uca”, “Ulu Öndər Heydər Əliyev siyasətinin müdriklik gücü”, “Heydər Əliyev və klassik irs”, “Mehriban Əliyeva. Azərbaycan mədəniyyətinin hamisi”, “Qarabağ. Tarixi-mədəni irsimizdən”, “Siyasi-iqtisadi reallıqlar”, “2022-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarına daxil olmuş ədəbiyyatın biblioqrafik göstəricisi”, “2021-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarına daxil olmuş ədəbiyyatın biblioqrafik göstəricisi”, “Azərbaycan iqtisadiyyatı 100 ildə” 5 cilddə, “Azərbaycan SSR İkinci Dünya Müharibəsində (1939-1945)”, “Azərbaycan Ədliyyəsi davamlı inkişaf yolunda”, “Keyfiyyət təminatı rəqabət qabiliyyətli iqtisadi inkişafın əsas amili kimi” beynəlxalq elmi-praktiki konfransın materialları və digər dəyərli nəşrlər var.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrlərin elektron versiyalarını MEK-in elekron kataloquna daxil olub PDF şəklində yükləmək və ya onlayn formada mütaliə etmək mümkündür. Bundan əlavə, şöbədə sözügedən nəşrlərdən ibarət ənənəvi sərgi də təşkil olunub.

Qeyd edək ki, şöbə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə, Azərbaycanın zəngin dövlətçilik tarixinə dair ədəbiyyatın kitabxana fondlarında komplektləşdirilməsi, rəqəmsallaşdırılması, məlumat bazalarının hazırlanması işini təşkil edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin irsinin tədqiqi və təbliğinə dəstək məqsədilə təşkil etdiyi silsilə xarakterli Heydər Əliyev lektoriyalarının, elmi-kütləvi tədbirlərin təşkili və keçirilməsi fəaliyyətini, həmçinin bu sahədə elmi-tədqiqat işlərinin informasiya təminatını həyata keçirir.